- 17:56
ABŞ-də ölkəni daimi olaraq tərk edib başqa ölkədə məskunlaşmaq istəyən amerikalı qadınların nisbəti son 10 ildə təxminən 40 faiz artaraq rekord həddə çatıb.
E-huquq.az xəbər verir ki, ABŞ-da yerləşən Gallup tədqiqat şirkəti 15-44 yaş arası təxminən 1000 ABŞ qadını arasında xaricdə yaşamaq istəyi ilə bağlı sorğu keçirib.
Sorğunun nəticələrinə görə, imkan verildiyi təqdirdə xaricdə daimi məskunlaşmaq istəyən qadınların faizi 2014-cü ilə nisbətən 4 dəfə artıb.
Kişilərlə qadınlar arasındakı fərq ilk dəfə bu qədər yüksək səviyyəyə çatıb.
Kanada, Yeni Zelandiya, İtaliya və Yaponiya qadınlar arasında ən populyar ölkələr sırasında olub.
Şəbnəm Mehdizadə