Brüssel hava limanında uçuşlar dayandırılıb


  • 17:19

Dünən axşam Belçikanın paytaxtı Brüsseldə hava limanı yaxınlığında pilotsuz uçuş aparatının aşkarlanmasından sonra Brüssel Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hava limanında uçuşlar təxminən yarım saat dayandırılıb.

İki reys Lyej hava limanına yönləndirilib.

Hava məkanı təhlükəsiz hesab edildikdən sonra uçuş əməliyyatları bərpa edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər