- 17:56
Atəşkəs elan edildikdən sonra Qəzza zolağında 260 nəfər ölüb, 632 nəfər isə yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 1 nəfər həyatını itirib, 5 nəfər isə xəsarət alıb.
Beləliklə ölənlərin ümumi sayı isə 69187 nəfərə çatıb.
Qeyd edək ki, oktyabrın 10-da Qəzza zolağında atəşkəs qüvvəyə minib.
Lakin İsrail atəşkəsə baxmayaraq hücumlarını davam etdirir.
Şəbnəm Mehdizadə