- 17:56
Pakistanda bu həftə baş verən 2 terror hadisəsi Əfqanıstan vətəndaşları tərəfindən törədilib.
E-huquq.az xəbər verir ki, bu barədə Pakistan daxili işlər naziri Möhsün Naqvi məlumat verib.
Naqvi bildirib ki, paytaxt İslamabadda Ali Məhkəmə binası qarşısında baş verən və Cənubi Vəziristan bölgəsində hərbi məktəbə edilən hücumları iki Əfqanıstan vətəndaşı həyata keçirib.
Qeyd edək ki, bazar ertəsi Pakistanın Əfqanıstan sərhədi yaxınlığında, Cənubi Vəziristan bölgəsində hərbi məktəbin əsas qapısına partlayıcı yüklü maşından hücum edilib, nəticədə 3 nəfər ölüb.
Çərşənbə axşamı paytaxt İslamabadda Ali Məhkəmənin binası qarşısında hücum nəticəsində isə azı 12 nəfər ölüb, 27 nəfər yaralanıb.
Şəbnəm Mehdizadə