“Boeing” təyyarə qəzasında həlak olan BMT əməkdaşının ailəsinə 28 milyon dollar təzminat ödəyəcək


  • 17:40

“Boeing” şirkətinə aid təyyarənin Efiopiyada qəzaya uğraması nəticəsində həlak olan Birləşmiş Millətlər Təşkilatının (BMT) məsləhətçisi Şixa Qarqın ailəsinə 28 milyon dollar təzminat ödəniləcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ məhkəməsi qərar qəbul edib.

Qərara görə, “Boeing” əlavə olaraq Qarqın həyat yoldaşı Soumya Bhattacharyaya şirkətlə məhkəmə xaricində əldə edilən razılaşma əsasında 3,45 milyon dollar ödəyəcək.

Xatırladaq ki, təyyarə 2019-cu ilin martında Əddis-Əbəbə Bole Beynəlxalq Hava Limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həyatını itirib.

Humay Eminqızı

Oxşar xəbərlər