- 19:14
Əsrin sonuna qədər dünyada orta temperatur 2,6 dərəcə arta bilər.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, "Climate Action Tracker"in son hesabatında yer alır.
Bildirilir ki, karbon emissiyalarının rekord səviyyədə olması səbəbindən dünyada orta temperatur artacaq.
Braziliyada keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin 30-cu Konfransından (COP30) öncə ölkələr tərəfindən təqdim olunan yeni karbon emissiyasının azaldılması planları qlobal istiləşmənin artmasının qarşısını almaq və iqlim hədəflərinə çatmaq üçün yetərli deyil.
Hesabatda qeyd olunur ki, iqlimlə bağlı qeyri-adekvat öhdəliklər və rekord yüksək karbon emissiyaları ciddi təhlükələr yaradır. Əsrin sonuna qədər qlobal temperaturun orta hesabla 2,6 dərəcə yüksələcəyi proqnozlaşdırılır.
Bunun quraqlığa, kənd təsərrüfatı istehsalının çökməsinə və ekosistemlərə ağır ziyan vura biləcəyi qeyd olunub.
Şəbnəm Mehdizadə