- 19:14
Türkiyədə vəkil Mete Şahin hücuma məruz qalıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, vəkil sükan arxasında olarkən bir şəxslə mübahisə edib. Mübahisə zamanı şübhəli şəxs vəkilə hücum edib.
Daha sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlib.
Vəkilin sözlərinə görə, tibb işçiləri qorxduqlarını deyərək polis gələnə qədər ona tibbi müdaxilə edə bilməyəcəklərini söyləyib və təcili yardım maşınından enməyiblər.
Nəticədə o, özü xəstəxanaya getmək məcburiyyətində qalıb.
Şəbnəm Mehdizadə