- 00:24
Türkiyə Kipr probleminin ən real həllini etnik cəhətdən bölünmüş adada iki dövlətin yaradılmasında görür. Nəticə verməyəcək danışıqların aparılmasının mənası yoxdur.
E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan iki dövlət siyasətinin hər kəs tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb.
"Ziddiyyətlərin tənzimlənməsi yalnız Kiprin reallıqları nəzərə alınmaqla mümkündür. Ankaranın beynəlxalq arenada ŞKTR-nin hüquq və mənafelərinin təmin edilməsi üzrə siyasi və diplomatik səyləri davam edəcək. Avropa İttifaqının adanın yunan icmasını Aİ-yə qəbul etmək kimi səhv qərarını unutmamaq lazımdır" - Ərdoğan qeyd edib.