Zəncirvari yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb


  • 10:52

Türkiyənin Malatya şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, minik avtomobili, yük maşını və avtobusun toqquşduğu qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib.

Yaralılar təcili tibbi yardım əməkdaşları tərəfindən şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər