- 12:28
Türkiyənin İstanbul şəhərində bir ailənin 4 üzvü qidadan zəhərlənib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, noyabrın 9-da Almaniyadan İstanbula gələn ailə üzvləri İstanbulun Fatih adlı bölgəsində oteldə qalıb.
Növbəti gün ailə üzvləri səyyar satıcıdan fəstfud alıb və daha sonra restoranda şam yeməyi yeyib.
Bir müddət sonra onlar qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardıma müraciət edib.
Ailənin 6 və 3 yaşlı uşaqları bütün tibbi müdaxilələrə baxmayaraq həyatlarını itirib.
Ata və ananın reanimasiyada müalicəsi davam edir.
Hadisə ilə bağlı ətraflı araşdırma aparılır.
Şəbnəm Mehdizadə