- 12:48
Türkiyənin Niğde şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az türkiyə KİV-ə istinadən xəbər verir ki, Niğdenin Çamardı rayonunda iki avtomobil toqquşub.
Qəza nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə yerinə jandarma, polis və tibb işçiləri cəlb edilib.
Yaralılar Niğde Ömer Halisdemir Universiteti Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə