Yaşayış kompleksinin qarajında 3 avtomobil yandı, sakinlər təxliyə edildi


  • 11:54

Türkiyənin Kahramanmaraş şəhərində 3 avtomobil yanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kahramanmaraşın Onikişubat rayonunda yerləşən yaşayış kompleksinin qarajında park edilmiş avtomobildə naməlum səbəbdən yanğın baş verib. Alov qısa müddətdə yaxınlıqdakı digər iki avtomobilə keçib.

Yanğın nəticəsində 3 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib.

Tüstü yuxarı mərtəbələrə qalxdığından yanğınsöndürənlər binadan 18 nəfəri təxliyyə ediblər.

Yanğının səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər