- 13:25
"Google" şirkəti növbəti dəfə məhkəməyə verilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət süni intellekt üzrə köməkçisi "Gemini"nin istifadəçilərin şəxsi yazışmalarını gizli şəkildə izləməkdə ittiham edilir.
İddiada "Gemini"nin istifadəçilərin xəbəri və ya razılığı olmadan Gmail, Chat və Meet-də aktivləşdirildiyi iddia edilir.
Bu isə Kaliforniya Məxfilik Aktını (CIPA) pozur.
1967-ci ildə qəbul edilən qanuna görə, bütün tərəflərin razılığı olmadan ünsiyyətin gizli şəkildə qeydə alınması və ya dinlənilməsi qadağandır.
İşə ABŞ-nin Kaliforniya məhkəməsində baxılacaq.
Şəbnəm Mehdizadə