Kiyevdə Azərbaycan səfirliyinə raket qalıqları düşdü


  • 13:25

Rusiyanın Kiyevə hücumu zamanı “İskəndər” raketinin parçaları Azərbaycan səfirliyinin binasına dəyib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, diplomatik nümayəndəliyin binası Rusiyanın “İskəndər” raketinin qalıqlarının düşməsi nəticəsində zərər çəkib.

Prezident əlavə edib ki, Kiyev, Xarkov, Odessa və Sumi vilayətləri hücuma məruz qalıb.

Humay Eminqızı

Oxşar xəbərlər