Yeni süni intellekt vasitəsi orqan transplantasiyasını daha səmərəli edir


  • 13:34

ABŞ-nin Stanford Universitetində hazırlanmış yeni süni intellekt modeli qaraciyər transplantasiya proseslərini daha səmərəli etməyi hədəfləyir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, adətən əksər xəstələrdə qısa müddət keçdikdən sonra transplantasiya ləğv edilir.

Çünki orqan zədələnməsi riski artır və orqanın istifadəsiz olur.

Stanford həkimləri və tədqiqatçıları tərəfindən hazırlanmış yeni model, donorun bu kritik 45 dəqiqəlik pəncərədə ölmə ehtimalını dəqiqliklə proqnozlaşdırır. Model yüksək səviyyəli cərrahların mülahizələrini üstələyib və uğursuz transplantasiya hazırlıqlarını 60 faiz azaldıb.

Abdominal Transplantasiya üzrə Klinik Professor və tədqiqatın baş müəllifi Dr. Kazunari Sasaki bildirib ki, cərrahi hazırlıqlara başlamazdan əvvəl orqanın istifadəyə yararlı olub-olmadığını müəyyən etmək transplantasiya prosesini daha səmərəli edə bilər..

Sasaki bu texnologiyanın daha çox xəstəyə transplantasiya edilməsinə imkan yarada biləcəyini də vurğulayıb.

Araşdırmanın nəticələri Lancet Digital Health jurnalında dərc olunub.

Qeyd edək ki, yeni model ABŞ-də müxtəlif transplantasiya mərkəzlərindən toplanmış 2000-dən çox donorun məlumatları əsasında hazırlanıb. O, donorların nevroloji, tənəffüs və qan dövranı məlumatlarını təhlil edərək, hətta natamam məlumat mövcud olduqda belə yüksək dəqiqliyi qoruyaraq, ölüm prosesi haqqında təsəvvür yaradır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər