- 17:49
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Koopmanla telefon danışığı aparıb.
E-huquq.az xəbər verir ki, tərəflər regional kommunikasiyaların açılması məsələsinə toxunub, Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi və nəqliyyat yollarının genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
Telefon danışığı zamanı Ermənistan-Avropa İttifaqı əməkdaşlığının dərinləşdirilməsi perspektivləri müzakirə olunub.