- 12:36
Türkiyədə mərkəzi İstanbul olmaqla 27 şəhərdə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədəTürkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib
Nazir bildirib ki, təşkil olunan əməliyyatlar zamanı İstanbul mərkəz olmaqla, Adana, Aksaray, Ankara, Antalya, Balıkesir, Batman, Bolu, Çanakkale, Gaziantep, İzmir, Kayseri, Kocaeli, Konya, Kırıkkale, Kırşehir, Manisa, Malatya, Muş, Sakarya, Sivas, Tekirdağ, Amasya, Aydın, Bursa, Mersin və Zonguldakda çoxsaylı ünvana baxış keçirilib.
Əməliyyatlar nəticəsində 71 şübhəli şəxs saxlanılıb.
Yerlikayanın açıqlamasına görə, saxlanılan şəxslərin FETÖ üzvləri olduqları, təşkilata bağlı şirkətlərdə daha əvvəl çalışdıqları, gizli rabitə üsullarından istifadə etdikləri və təşkilatın gizli strukturlarında məsul səviyyədə fəaliyyət göstərdikləri müəyyən edilib.
Şəbnəm Mehdizadə