- 12:36
Beynəlxalq axtarışda olan 7 nəfər Türkiyəyə təhvil verilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, axtarışda olan şəxslər Almaniya, Gürcüstan, Şimali Makedoniya və Mərakeşdə yaxalanaraq Türkiyəyə təhvil verilib.
Saxlanılanlar arasında qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dələduzluq, silahla hədə-qorxu gəlmə və s. cinayətlərdə ittiham olunanlar var.
Şəbnəm Mehdizadə