- 16:29
Avstraliyada rəngli oyun meydançası qumundan götürülmüş nümunələrdə asbest (istiyə, kimyəvi maddələrə və yanmağa yüksək müqavimət göstərən yumşaq və uzun liflərdən ibarət təbii mineral) aşkar edildikdən sonra paytaxt Kanberrada 70 məktəbdə dərslər dayandırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Avstraliya Yayım Korporasiyası (ABC) məlumat verib.
Belə ki, Avstraliya Rəqabət və İstehlak Komissiyası (ACCC) rəngli qum nümunələrinin laboratoriya sınaqlarında tremolit asbest aşkarlayıb.
Komissiyanın məlumatına görə, məktəblərdə istifadə edilən rəngli qumun 2020 və 2025-ci illər arasında Avstraliya pərakəndə satıcılarından alınınıb.
Hökumət 70 dövlət məktəbinin bağlanılması barədə qərar qəbul edib.
Qeyd edək ki, sözügedən mineral orqanizmdə xərçəng xəstəliyinə səbəb olur.
Şəbnəm Mehdizadə