- 17:16
Almaniya hökuməti İsrailin Qəzzaya hücumları səbəbindən silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.
E-huquq.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Stefan Kornelius Almaniya Mətbuat Agentliyinə (DPA) verdiyi açıqlamada məlumat verib.
O, bəzi silahların İsrailə ixracı ilə bağlı məhdudiyyətlərin noyabrın 24-dən etibarən qaldırılacağını bildirib.
Kornelius, 10 oktyabrdan bəri qüvvədə olan atəşkəsin qərarın səbəbləri arasında olduğunu bildirib.
İsrailin xarici işlər naziri Gideon Saar Almaniyanın ölkəsinə qarşı tətbiq etdiyi silah ixracına məhdudiyyətləri aradan qaldırmaq qərarını alqışlayıb və Almaniya kansleri Fridrix Merzə təşəkkür edib.
Şəbnəm Mehdizadə