ABŞ-də kommersiya uçuşlarına qoyulan məhdudiyyətlər aradan qaldırılır


  • 15:14

ABŞ 40 böyük hava limanında kommersiya uçuşlarına tətbiq edilən məhdudiyyətləri ləğv edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Nəqliyyat Naziri Şon Daffi məlumat verib.

Daffi bildirib ki, hava nəqliyyatı dispetçerləri artıq öz vəzifələrinə qayıda bilərlər.

Qeyd edək ki, Vaşinqton administrasiyası federal hökumətin fəaliyyətinin qismən dayanması (şatdaun) səbəbindən bəzi böyük hava limanlarında hava nəqliyyatına məhdudiyyətlər tətbiq edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər