- 17:16
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ukrayna hakimiyyətinə qarşı sərt açıqlama ilə çıxış edərək onları gürcü xalqına qarşı “nankorluqda” ittiham edib.
E-huquq.az xəbər verir ki, bu barədə “TV1” xəbər yayıb.
Papuaşvili bildirib ki, o, Ukraynaya sülh arzulayır, lakin hesab edir ki, Ukrayna xalqı layiqli hakimiyyət tərəfindən təmsil olunmalıdır.
“Biz Ukrayna hakimiyyətinin gürcü xalqına qarşı qeyri-dost münasibət sərgilədiyini görürük. Hər şeydən əvvəl biz Ukrayna rəhbərliyi tərəfindən dərin nankorluq görürük. Ukrayna hakimiyyəti artıq prezidentlərdən birinin kabinetində belə bir irad almışdı ki, əgər sənə dəstək göstərilirsə, ilk növbədə təşəkkür etməli və nankorluq etməməlisən”, - spiker bildirib.
Spiker öz açıqlamalarında Kiyevi Tbilisini Rusiya ilə eskalasiyaya cəlb etməyə cəhd göstərməkdə də ittiham edib.
Humay Eminqızı