Zelenski və Makron tarixi müqavilə imzalayıb


  • 15:40

Ukrayna prezidenti Volodimir Zelenski və Fransa prezidenti Emmanuel Makron Ukraynanın güclənməsini nəzərdə tutan saziş imzalayıblar.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, müqavilə “Rafale” qırıcı təyyarələrinin və “SAMP/T” hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verilməsini nəzərdə tutur.

Ukraynanın alacağı “Rafale” təyyarələrinin sayı və onların təhvil verilmə üsulu ilə bağlı təfərrüatlar hələki məlum deyil.

Fransız mətbuatına görə, qərarın qəbul edilməsindən “Rafale” təyyarələrinin faktiki təhvilinə qədər, istehsal dövrlərinə görə, əsasən üç ilə qədər vaxt keçir, baxmayaraq ki, Fransa istehsal tempi artırıb.

Humay Eminqızı

Oxşar xəbərlər