- 17:46
Almaniyada 12 yaşlı eşitmə məhdudiyyətli qız polis tərəfindən güllələnib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Essen polisinin açıqlamasında həm Almaniya, həm də Serbiya vətəndaşlığına malik olan 12 yaşlı qızın iki bıçaqla polisə hücum etdikdən sonra güllələndiyi bildirilir.
Ağır yaralanan uşaq xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.
Məlumata görə, valideynlərinin himayəsindən alınan qız sığınacağa yerləşdirilib. Lakin o, sonradan ailəsinin yanına qayıdıb. Qızın qəbul etməli olduğu vacib dərmanlar olduğu üçün polis onu yenidən sığınacağa aparmaq üçün evə gəlib.
Azyaşlınınn anası da eşitmə məhdudiyyətli olduğu üçün qapını açan olmayıb. Ona görə də polis çilingər vasitəsilə qapını açaraq içəri daxil olub.
Bu zaman qız iki bıçaq götürüb və polisə hücum edib. Polis əməkdaşı özünümüdafiə məqsədilə onu güllələyib.
Faktla bağlı prokurorluqda araşdırma başlayıb.
Şəbnəm Mehdizadə