- 17:46
İngiltərənin Oksfordşir əyalətindəki Kidlington şəhəri yaxınlığındakı sahəyə yüzlərlə ton qeyri-qanuni tullantı atılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Cherwell çayının yanındakı düzənliyində 150 metrlik əraziyə qanunsuz tullantıların atıldığı müəyyən edilib.
Hündürlüyü 10 metrdən çox olan nəhəng zibil yığını sakinlərin narazılığına səbəb olub.
Yerli əhali ətraf mühitin çirklənməsindən və su ehtiyatlarına dəyən ziyandan şikayətçidir.
Qeyd edək ki, Böyük Britaniyanın bəzi bölgələrində qeyri-qanuni tullantılar ciddi problem olaraq qalır.
Şəbnəm Mehdizadə