- 17:46
Türkiyənin Niğde şəhərində 5 nəfər qaxac olunmuş ətdən zəhərlənib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qaxac olunmuş əti yeyən 5 nəfər zəhərlənmə şübhəsi ilə Niğde Ömer Halisdemir Universiteti Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Qidalardan nümunələr götürülərək laboratoriyaya göndərilib.
Şəbnəm Mehdizadə