- 19:16
Türkiyəyə məxsus maye qaz daşıyan tanker Odessada (Ukrayna) dron hücumu nəticəsində vurulub.
E-huquq.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, Ukraynanın Odessa vilayətindəki İzmail limanına yan alan və təxminən 4 min ton mayeləşdirilmiş qaz daşıyan "ORINDA" adlı gəmi vurulub. Gəminin dron hücumu nəticəsində zərbə aldığı qeyd olunub.
Məlumata görə, heyət təxliyə edilib.