Hindistan və Böyük Britaniya birgə antiterror təlimlərinə başladı


  • 17 Noyabr 22:09

Hindistan və Böyük Britaniya "Ajeya Warrior 2025" adlı birgə antiterror hərbi təlimlərinə start verib.

E-huquq.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

14 günlük təlimlər BMT mandatına uyğun olaraq regional və qlobal təhlükəsizliyə dair öhdəliklərin nümayişi məqsədilə Hindistanın qərbində, Racastan ştatının Mahacan poliqonunda keçirilir.

Təlimlərdə hər iki ölkənin quru qoşunlarından 240 hərbi qulluqçu iştirak edir.

Oxşar xəbərlər