- 10:28
Türkiyənin Ankara şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki,Baş Prokurorluq tərəfindən FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində 22 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Şübhəlilərin Ankaradakı köşklər, ərzaq mağazaları və marketlər kimi müəssisələrdə yerləşən stasionar telefonlardan istifadə edərək təşkilat üzvləri ilə əlaqə saxladıqları müəyyən edilib.
Şübhəlilərin axtarışı davam edir.
Şəbnəm Mehdizadə