- 12:07
Konqo Demokratik Respublikasında dağ-mədən naziri Louis Watum Kabamba və təxminən 20 nəfərlik heyətini daşıyan təyyarə eniş zamanı zolaqdan çıxaraq alovlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Lualaba əyalətindəki Kolvezi hava limanında baş verib.
Təyyarə alovlandıqdan sonra sərnişinlər operativ şəkildə təxliyə olunub və xəsarət alan olmayıb.
Hava limanı əməkdaşları dərhal müdaxilə edərək yanğını nəzarət altına alıblar.
Qəzanın səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə