Florensiyada tarixi mərkəzdə yeni məhdudiyyətlər tətbiq edilir


  • 10:54

İtaliyanın Florensiya şəhərində açıq havada yemək yeməyi qadağan edilir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar şəhər mərkəzində yaran sıxlıq və vizual çirklənmə ilə bağlı artan şikayətlərdən sonra qəbul edilib.

Yeni qərar şəhərin 50 küçəsində tətbiq ediləcək.

Belə ki, UNESKO tərəfindən qorunan tarixi mərkəzdə yerləşən kafe və restoranlarda açıq havada oturmağa qoyulan məhdudiyyətlər gələn ildən qüvvəyə minəcək.

Qadağanın bir hissəsi olaraq, Ponte Vecchio, Piazzale degli Uffizi və Uffizi Qalereyası ətrafında açıq oturacaqlar da ləğv ediləcək. 73 fərqli yerdə çətir və şüşələrdən istifadə ilə bağlı ciddi qaydalar tətbiq olunacaq. Bəzi tarixi meydanlarda plastik sipərlərin tamamilə sökülməsi nəzərdə tutulur.

Lakin restoran sahibləri bu qərarın ənənəvi Florensiya mətbəxini arxa plana keçirəcəyini və satışları azaldacağını deyirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər