Trampı ölümlə hədələyən şəxsə hökm oxunub


  • 11:56

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vensi ölümlə hədələyən şəxsə hökm oxunub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Miçiqan ştatının federal məhkəməsinin qərarına əsasən o, iki il müddətinə azadlıqdan məhrum edilib.

ABŞ Ədliyyə Nazirliyinin yaydığı açıqlamaya görə, 67 yaşlı təqsirləndirilən şəxs sosial media paylaşımlarında Tramp və Vensi öldürməklə hədələyib.

O, ifadəsində əməlini etiraf edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər