- 12:49
Türkiyənin Ərzurum şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çanaqqaladan Van istiqamətində hərəkət edən sərnişin avtobusu Ərzurum-Ağrı avtomobil yolunun Nenehatun körpüsü yaxınlığında yük maşını ilə toqquşub.
Qəza nəticəsində 11 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürənlər və polis qrupları cəlb edilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Qəza nəticəsində avtomobillərə ziyan dəyib.
Şəbnəm Mehdizadə