Yaponiyada güclü yanğın - 180 nəfər təxliyə edildi


  • 12:28

Yaponiyanın Oita vilayətində liman yaxınlığında yerləşən yaşayış sahəsində güclü yanğın baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın meşə ərazisinə yayılıb.

Ərazidə 180-dən çox insan təxliyə edilib.

Məlumata görə, 49 min kvadratmetr ərazini əhatə edən yanğında 170 bina zərər görüb.

Hadisə nəticəsində 70 yaşlı qadın itkin düşüb.

Alovlarla mübarizə hələdə davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər