- 12:28
Rusiya Ukraynaya intensiv hava hücumu təşkil edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədəki paylaşımında bildirib.
O bildirib ki, hücumda müxtəlif tipli 48 raket və 470-dən çox PUA-dan istifadə edilib.
Zelenski əlavə edib ki, nəticədə azı 9 nəfər həlak olub, onlarla insan yaralanıb.
Hücumlar Xarkov, Lvov, Donetsk və İvano-Frankivsk vilayətlərində enerji, nəqliyyat və mülki infrastruktura ziyan vurub.
Hücumların Kiyev, Nikolayev, Çerkassı, Çerniqov və Dnepropetrovsk vilayətlərində də həyata keçirildiyini qeyd edən Zelenski, Rusiyaya təzyiqin yetərli olmadığını bildirib.
Zelenski hücumların həyata keçirildiyini, şəhər və rayonlarda axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Humay Eminqızı