Ərdoğan: "Təyyarə qəzasının səbəbləri araşdırılır"


  • 14:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan-Azərbaycan sərhədində baş vermiş təyyarə qəzasının səbəblərinin araşdırıldığını bildirib.

E-huquq.az-ın xəbərinə görə, Türkiyə Prezidenti bildirib ki, qəzanın səbəblərini araşdıran mütəxəssislər məlumatları ictimaiyyətlə bölüşəcək.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.

Oxşar xəbərlər