Ərdoğan: Krım tatarlarına dəstəyimiz davam edəcək


  • 20:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək.

E-huquq.az xəbər verir ki, Ərdoğan bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankarada keçirdiyi birgə brifinqdə danışıb.

Türkiyə Prezidenti qeyd edib ki, bu gün Volodimir Zelenski ilə görüşdə bir sıra ikitərəfli məsələləri müzakirə ediblər:

"Strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tərəfdarı olduğumuzu bir daha bildirdik. Ukrayna ilə aramızda tarixi və mədəni bağ olan Krım tatarlarına dəstəyimizin də davam edəcəyini qeyd etmək istəyirəm".

Oxşar xəbərlər