İsrailin Qəzzaya aviazərbələri nəticəsində 23 nəfər öldü


  • 19 Noyabr 22:38

İsrailin Qəzza zolağına silsilə aviazərbələri nəticəsində 23 nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, hücumlar ilk növbədə Qəzza şəhəri və Xan-Yunisi hədəf alıb.

Qəzza xəstəxanalarındakı mənbələrə görə, ölənlər arasında Qəzza şəhərinin Zeytun məhəlləsindən beş nəfərlik bir ailə var.

İsrail Müdafiə Qüvvələri öz növbəsində bildirib ki, zərbələr HƏMAS-ın mövqelərini hədəf alıb və dünən səhər saatlarında yaraqlıların Qəzza zolağının cənubundakı Xan-Yunisdəki əsgərləri atəşə tutmasına cavab olub.

Oxşar xəbərlər