Almaniya Ukraynadan olan qaçqınlara ödənişləri azaldır


  • 09:23

Almaniyada Federal Nazirlər Kabineti ukraynalı qaçqınlar üçün ödənişlərin azaldılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə “Bild”məlumat yayıb.

Qeyd olunur ki, 2025-ci il aprelin 1-dən sonra Almaniyaya gələn ukraynalı qaçqınlar artıq aylıq 563 avro təşkil edən vətəndaş yardımı almayacaqlar. Onlar üçün digər sığınacaq axtaran şəxslərlə eyni səviyyədə maliyyə yardımı - aylıq 411 avro nəzərdə tutulur.

“Beləliklə, onlar bizə digər ölkələrdən və fərqli səbəblərlə qaçqın kimi gələn insanlarla eyni kateqoriyaya daxil ediləcək”, – deyə Almaniyanın Əmək Nazirliyi bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər