"YouTube" mesajlaşma funksiyanı geri qaytarır


  • 10:53

"YouTube" illər əvvəl ləğv etdiyi bir funksiyanı geri qaytarır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən altı il əvvəl ləğv edilən birbaşa mesajlaşma (DM) funksiyasının yenidən aktivləşməsi üçün sınaq mərhələsinə başlanılıb.

Şirkət bununj istifadəçilər tərəfindən ən çox tələb olunan funksiya olduğunu bildirib.

Qeyd edək ki, yeni mesajlaşma funksiyası hazırda yalnız İrlandiya və Polşada mövcuddur. 18 yaş və yuxarı istifadəçilər sınaq dövründə yeni funksiyanı sınaqdan keçirə biləcəklər. "YouTube" rəylərə əsasən onu qlobal miqyasda tətbiq edib-etməmək barədə daha sonra qərar verəcək.

Birbaşa mesajlaşma ilk dəfə 2017-ci ildə elan edilmiş və 2018-ci ildə veb versiyasına əlavə edilmişdi. Lakin bir il sonra bu funksiya ləğv edildi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər