Tramp Daniel Driskollu Ukraynaya göndərdi


  • 11:04

ABŞ quru qoşunlarının naziri Daniel Driskoll Donald Tramp tərəfindən Ukrayna münaqişəsinin həlli üçün plan təqdim etmək məqsədi ilə Ukraynaya göndərilib.

E-huquq.az xəbər verir ki, bu barədə “Politico” məlumat paylaşıb.

“Driskoll quru qoşunlarının qərargah rəisi general Rendi Corc və Avropadakı quru qoşunlarının komandanı general Kristofer Donahyu ilə birlikdə bu həftə təcili şəkildə Kiyevə göndərilib ki, ukraynalılarla planı müzakirə etsinlər”, - məlumatda bildirilib.

Adı açıqlanmayan rəsminin sözlərimə görə, Kiyevdəki görüşlərdən sonra Driskoll ABŞ-nin NATO üzrə müttəfiqləri ilə bir sıra brifinqlər keçirəcək, onlara sülh planını və Vaşinqtonun münaqişənin həlli perspektivləri ilə bağlı mövqeyini təqdim edəcək.

Humay Eminqızı

Oxşar xəbərlər