Qəzzaya son hücumlarda 25 nəfər həlak olub


  • 11:38

Qəzzada Xan Yunus şəhərinin şərqindəki Bəni Suheyla bölgəsində evə edilən hücumdan sonra dağıntılar altından 3 fələstinlinin meyiti çıxarılıb, 15 nəfər isə yaralı halda xəstəxanalara aparılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə İdarəsinin açıqlamasında bildirilib.

Atəşkəsə baxmayaraq, İsrail ordusunun dünən axşam saatlarında Qəzza Zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlarda isə 25 fələstinli həyatını itirib, 77-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Humay Eminqızı

Oxşar xəbərlər