Çexiyada iki sərnişin qatarı toqquşub


  • 13:18

Çexiyanın Çeske Budejovice şəhəri yaxınlığında Zliv şəhərləri ilə Divçice kəndi arasındakı dəmir yolu xəttində iki sərnişin qatarı toqquşub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 57 nəfər xəsarət alıb.

Yaralılardan 15-i orta, 5-i isə ağır dərəcəli xəsarətlər alıb.

Polis qəzanın səbəblərini araşdırır.

Humay Eminqızı

Oxşar xəbərlər