Məzmuna keç

Rusiyanın Ternopilə hücumu nəticəsində ölənlərin sayı 26-ya çatdı

Rusiyanın dünən hava hücumu həyata keçirdiyi Ukraynanın Ternopil şəhərində ölənlərin sayı 26 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədəki paylaşımında bildirib.

Zelenski həyatını itirənlərdən üçünün azyaşlı olduğunu paylaşımında qeyd edib.

22 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələrindən verilən yazılı açıqlamada Rusiya ordusunun bu gecə 136 pilotsuz təyyarə ilə Ukraynaya hücum etdiyi bildirilib.

Humay Eminqızı