Qəzzada ölənlərin sayı açıqlandı


  • 15:22

Son 24 saat ərzində İsrailin hücumları nəticəsində 12-si uşaq, 8-i qadın olmaqla 32 fələstinli həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 88 nəfər yaralanıb. Dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb.

Ölkələr arasında atəşkəs qüvvəyə mindikdən sonra davam edən hücumlar nəticəsində isə, 312 nəfər həlak olub, 760 nəfər yaralanıb, dağıntılar altından 572 cəsəd çıxarılıb.

Ümumilikdə İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabrında başlatdığı hücumlar nəticəsində ölənlərin sayı 69 min 546, yaralıların sayı isə 170 min 833-ə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər