- 15:51
Türkiyənin Şanlıurfa şəhərində silahlı insident baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şanlıurfanın Haliliye rayonunda iki qrup arasında naməlum səəbədən mübahisə düşüb.
Mübahisə davaya çevrilib və tərəflər bir-birinə ov tüfəngindən atəş açıb.
Atışmada bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Hadisə nəticəsində bir avtobusa, üç avtomobilə, iki binaya və bir supermarketə ziyan dəyib.
Hadisəni törətməkdə şübhəli bilinən 9 nəfər saxlanılıb.
Şəbnəm Mehdizadə