Yük maşını dərəyə aşıb: 2 nəfər ölüb


  • 15:45

Türkiyənin Bursa şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bursanın İznik rayonunda yük maşını idarəetməni itirərək uçurumdan dərəyə aşıb.

Qəza nəticəsində 2 nəfər həyatını itirib.

Əraziyə tibb qrupları, jandarma və yanğınsöndürənlər cəlb edilib.

Xilasedicilər avtomobildə sıxışan iki nəfərin cəsədini çıxarıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər