- 15:45
Türkiyənin Diyarbəkir vilayətində zəncirvari yol qəzası baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Diyarbəkirin Çınar rayonunda iki minik avtomobili, mikroavtobus, pikap və yük maşını toqquşub.
Qəza nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibb yardım, xilasedicilər, polis və jandarma qrupları sövq edilib.
Yaralılar təcili tibbi yardım maşını ilə şəhər xəstəxanalarına çatdırılıb.
Hadisənin səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə