Avstraliyada "Twitch" üçün yaş məhdudiyyəti tətbiq edilir


  • 15:02

Avstraliyada "Twitch" sosial media platformasına yaş məhdudiyyəti tətbiq olunacaq.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avstraliyanın internet təhlükəsizliyindən məsul olan e-Təhlükəsizlik Komissiyası bəyanat yayıb.

Bildirilib ki, "Twitch"in yayım xüsusiyyətləri ilk növbədə istifadəçinin qarşılıqlı əlaqəsini təşviq etmək üçün nəzərdə tutulub və buna görə də yaş məhdudiyyətlərinə tabedir.

Platforma 16 yaşdan kiçik avstraliyalı uşaqların hesab sahibi olmasının qarşısını almaq üçün dekabrın 10-dan etibarən qaydalar tətbiq etməli olacaq.

Avstraliyada qnaunlarına əsasən, texnologiya şirkətləri 16 yaşından kiçik istifadəçilərin mövcud hesablarını bağlamaq və yeni hesabların yaradılmasına mane olmaq üçün "ağlabatan addımlar atmasalar" təxminən 50 milyon Avstraliya dollarına (təxminən 32,5 milyon ABŞ dolları) qədər cərimələnə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər