- 15:54
ABş-də məşhur repçiyə 14 il həbs cəzası verilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Malayziyalı iş adamı Lou Taek Jodan aldığı 120 milyon dollardan çox pulun bir hissəsini 2012-ci ildə keçmiş prezident Barak Obamanın prezidentlik kampaniyasına qanunsuz olaraq köçürdüyü iddia edilən məşhur repçi Mişelin işi üzrə hökm elan edilib.
Hökmə görə, Mişel təqsirli bilinib, çünki transfer "xarici vətəndaşın siyasi ianəsi" kimi müəyyən edilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror Mişel üçün ömürlük həbs cəzası istəyib.
Nyu-York şəhərində anadan olmuş, valideynləri Haitidən ABŞ-a mühacirət etmiş Mişel uşaqlıq dostları Lauryn Hill və Wyclef Jean ilə birlikdə Fugees qrupunun qurucu üzvü kimi tanınır. Qrup iki Grammy mükafatı qazaıbı və on milyonlarla albom satıb.
ABŞ qanunlarına görə, ölkədə xarici vətəndaşın hər hansı siyasi ianə və ya töhfə verməsi cinayət sayılır.
Şəbnəm Mehdizadə